...

"Bakıelektrikşəbəkə" elektrik enerjisinin alışını artırıb

Energetika Materials 21 Sentyabr 2010 16:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir E.İsmayılov/

Yanvar-avqust aylarında "Bakıelektrikşəbəkə" ASC (Bakıda elektrik enerjisinin alınması və paylanması) "Azərenerji" ASC-dən (Azərbaycan regionlarında elektrik enerjisinin istehsalı və paylanması) 5,5 milyard kilovat-saata yaxın elektrik enerjisi alıb. Bu göstərici yanvar-iyul aylarında 4,84 milyard kilovat-saata yaxın təşkil edib. Bu barədə "Bakıelektrikşəbəkə"nin rəsmi saytında verilən məlumatda deyilir.

2009-cu ildə "Bakıelektrikşəbəkə" "Azərenerji" SC-dən 8,1 milyard kilovat-saata yaxın elektrik enerjisi alıb.

Məlumatda deyildiyi kimi, avqustda SC iyul ayındakı 652 milyon kilovat-saata nisbətdə 648,8 milyon kilovat-saat elektrik enerjisi alıb.

"Azərenerji" SC (Azərbaycanda iri elektrik enerjisi istehsalçsı) tərəfindən göndərilən elektrik enerjisinə görə "Bakıelektrikşəbəkə"nin ödənişlərinin həcmi yanvar-avqust aylarında orta hesabla 86,7 faiz təşkil edib. Avqustda bu göstərici iyul ayındakı 92,1 faizə nisbətdə 92,3 faiz təşkil edib.

2009-cu ildə "Bakıelektrikşəbəkə"nin ödənişləri orta hesabla 84,44 faiz təşkil edib.

Xəbər lenti

Xəbər lenti