...

Azərbaycanın "Şahdağ" elektirk stansiyası elektrik enerjisi hasilatını artırıb

Energetika Materials 24 Sentyabr 2010 14:03 (UTC +04:00)

Аzərbaycan, Bakı, 24 sentyabr /Trend/

İstismara verildiyi vaxtdan "Şahdağ" elektrik stansiyasında 199 milyon kilovat-saat elektrik enerjisi hasil edilib. Bu barədə "Azərenerji" ASC-dən (Azərbaycanda elektrik enerjisinin istehsalı və paylanması) cümə günü verilən məlumatda deyilir.

Elektrik stansiyası ötən ilin sentyabrında istismara verilib və fasiləsiz enerji təminatında, eləcə də ölkənin şimal regionunun sosial-iqtisadi inkişafında böyük rol oynayır.

Məlumata görə, cari ilin avqustunda stansiyada proqnozda nəzərdə tutulan 23 milyon kilovat-saat əvəzinə 24 milyon kilovat-saat elektrik enerjisi hasil edilib.

Payız-qış mövsümünə hazırlıq çərçivəsində stansiyada təmir işləri aparılır.

Stansiyadakı bütün 12 aqreqat normal rejimdə fəaliyyət göstərir. 7 aqreqatda növbəti texniki xidmət aparılıb. Daha üç aqreqatda analoji işlərin aparılması planlaşdırılıb. Güc transformatorlarında və elektrikötürücü xətlərində cari təmir işləri aparılıb.

Xəbər lenti

Xəbər lenti