...

ARDNŞ iyunda 500 milyon dollar məbləğində avrobond buraxacaq - Rövnəq Abdullayev

Energetika Materials 24 May 2011 17:50 (UTC +04:00)
İyunda ARDNŞ 500 milyon dollar məbləğində avrobond buraxmaq niyyətindədir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı şirkət rəhbəri Rövnəq Abdullayev deyib.
ARDNŞ iyunda 500 milyon dollar məbləğində avrobond buraxacaq - Rövnəq Abdullayev

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir E.İsmayılov/

İyunda ARDNŞ 500 milyon dollar məbləğində avrobond buraxmaq niyyətindədir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı şirkət rəhbəri Rövnəq Abdullayev deyib.

Avrobondlar Avropa bazarında yerləşdiriləcək.

Abdullayevin sözlərinə görə, bondların buraxılmasında əsas məqsəd daha yüksək reytinqlərin alınmasıdır.

"Şirkət müxtəlif beynəlxalq maliyyə institutlarından problemsiz vəsaitlər cəlb edə bilər, buna görə bondların buraxılmasından maliyyə vəsaitlərinin əldə edilməsi ilkin məqsəd deyil. Əsas məqsəd reytinqlərin artırılmasıdır", - o bildirib.

Əvvəllər bondların ilk buraxılışı 2009-cu ilə planlaşdırılmışdı, lakin sonradan ARDNŞ dünya kapital bazarlarında vəziyyət yaxşılaşanadək öz planlarını təxirə salıb.

ARDNŞ-nin bondların yerləşdirilməsi üzrə məsləhətçisi ABŞ bankı "Citibank"dır.

ARDNŞ Azərbaycanın Dövlət Neft Şirkətidir. 2010-cu ildə ARDNŞ neft-qaz çıxarma müəssisələri tərəfindən 7,28 milyon ton neft və 7 milyard kubmetrdən çox qaz hasil edilib. ARDNŞ xarici tərəfdaşlarla birgə "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku və "Şahdəniz" qaz-kondensat yatağı kimi iri layihələrdə iştirak edir. ARDNŞ-nin tərkibinə "Azneft" İB (quruda və dənizdə neft və qaz hasilatı müəssisəsi), "Azərikimya" İB (kimya sənayesi müəssisəsi),"Azəriqaz" (qaz paylanması) müəssisəsi daxildir. ARDNŞ ölkədə neft məhsullarının yeganə istehsalçısıdır (balansında iki NEZ-ə malikdir), eləcə də Azərbaycanda, Gürcüstanda və Ukraynada yanacaqdoldurma məntəqələrinə malikdir.

AZRDNŞ Türkiyənin ən iri neft-kimya kompleksi olan "Petkim"in ortaq sahibidir. Özünün ticarət bölməsi olan "SOCAR Trading" şirkəti vasitəsilə dünyanın müxtəlif regionlarında neft ticarəti həyata keçirir.

Xəbər lenti

Xəbər lenti