...

ARDNŞ və "BP Azərbaycan"ın mütəxəssisləri ekoloji məsələləri müzakirə ediblər

Energetika Materials 14 İyun 2011 19:03 (UTC +04:00)
ARDNŞ-nin ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadənin rəhbərlik etdiyi bir qrup neftçi-ekoloq Səngəcal terminalında "BP Azərbaycan"ın ekologiya üzrə aparıcı mütəxəssisləri ilə görüş keçiriblər.
ARDNŞ və "BP Azərbaycan"ın mütəxəssisləri ekoloji məsələləri müzakirə ediblər

Azərbaycan, Bakı, 14 iyun /Trend/

ARDNŞ-nin ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadənin rəhbərlik etdiyi bir qrup neftçi-ekoloq Səngəcal terminalında "BP Azərbaycan"ın ekologiya üzrə aparıcı mütəxəssisləri ilə görüş keçiriblər.

Trend-in ARDNŞ-yə istinadən yaydığı məlumata görə, görüşdə əsasən BP şirkətində hazırda məşəldə yandırılan səmt qazlarının və hasil edilən lay sularının idarə edilməsi məsələləri müzakirə olunub. Qeyd edilib ki, səmt qazlarının son illərdə məşəldə yandırılmasının azaldılmasına baxmayaraq, bu proses tam texniki həllini tapmayıb. Hər iki tərəfin mütəxəssisləri yandırılan qazın azaldılması istiqamətində problemlərin hələ də mövcud olduğu barədə ümumi fikrə gəlib və bu istiqamətdə növbəti tədbirlərin birgə hazırlanmasını qərara alıblar.

Bundan başqa, "Azəri-Çiraq-Günəşli" və "Şahdəniz" yataqlarında hasil edilən lay sularının idarə edilməsi mütəxəssislərin marağına səbəb olub və gələcəkdə ARDNŞ-də də bu təcrübədən istifadə etmək istiqamətində fikir mübadiləsi aparılıb. Görüşdən sonra terminalda məişət-çirkab sularının yığılması, utilizə edilməsi sisteminə baxış keçirilib.

Xəbər lenti

Xəbər lenti