...

"Azərikimya" İB müəssisələrində əsaslı təmirə başlayır

Energetika Materials 23 İyul 2011 11:03 (UTC +04:00)
ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyinin normal fəaliyyətini təmin etmək üçün cari ilin avqustunda İB-nin müəssisələrində əsaslı təmirə başlanılması nəzərdə tutulub. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin cümə günü yaydığı məlumatda deyilir.
"Azərikimya" İB müəssisələrində əsaslı təmirə başlayır

Azərbaycan, Bakı, 23 iyul /Trend/

ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyinin normal fəaliyyətini təmin etmək üçün cari ilin avqustunda İB-nin müəssisələrində əsaslı təmirə başlanılması nəzərdə tutulub. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin cümə günü yaydığı məlumatda deyilir.

Hazırda texniki-istehsalat müşavirələrində əsaslı təmirə ehtiyacı olan ayrı-ayrı sex və istehsalat sahələri üzrə qurğu və avadanlıqların texniki vəziyyətləri bir daha nəzərdən keçirilərək təhlil olunur, texniki qüsur cədvəli əsasında bərpa işlərinin aparılması mexanizmləri dəqiqləşdirilir.

Artıq "Polimir-120" istehsalat sahəsinin kompressorlarının mövcud standartlara uyğun hissələri Almaniya, Çexiya, Ukrayna və başqa ölkələrdən, sobaların, istilikdəyişdiricilərin boru və digər hissələri isə Rusiyada hazırlanaraq Etilen-polietilen zavoduna gətirilib. Yaponiyanın "CHIODO" şirkətinin mütəxəssisləri isə Buxar-generator qurğusunda turbinlərin açılması və müayinəsi işlərini həyata keçirəcəklər.

Təmirə hazırlıqla bağlı keçirilən müşavirələrdə Birliyin bütün struktur, müəssisə rəhbərlərinin, sex və istehsalat, sahə rəislərinin diqqəti təmir prosesində xüsusilə vacib olan bir məsələyə - əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələlərinə cəlb edilib.

Azərbaycan Prezidentinin 2 aprel 2010-cu il tarixli neft-kimya sənayaesinin idarəolunması mexanizmlərinin təkmilləşdirilməsi haqqında sərəncamına uyğun olaraq "Azərikimya" Dövlət şirkəti ARDNŞ-nin tərkibinə verilib. Hazırda "Azərikimya" İstehsalat Birliyi kimi ARDNŞ-nin tərkibində fəaliyyət göstərir.

İB-nin strukturu aşağıdakı kimidir: Etilen-polietilen, "Üzvi sintez", Səthi aktiv maddələr və Mexaniki-təmir zavodları, "Kimyaelmitədqiqatlayikhə" institutu,Təmir-tikinti idarəsi, Nəqliyyat və Xüsusi texniki idarə, anbar təsərrüfatı.

Xəbər lenti

Xəbər lenti