...

Bakı-Novorossiysk marşrutu üzrə neft nəqli kəmərə qanunsuz qoşulma səbəbindən dayandırılıb

Energetika Materials 8 Noyabr 2011 15:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir S.Əliyev/

"Transneft" Bakı-Mahaçqala-Novorossiysk boru kəmərində qanunsuz oyuq açılması səbəbindən neftin nəqlini dayandırıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı boru kəməri şirkətinin mətbuat katibi İqor Dyomin bildirib. Məlumatı RİA "Novosti" yayıb.

"Bakı-Mahaçqala-Novorossiysk boru kəməri ilə neft nəqli dayandırılıb. Dağıstanın Kizlyar rayonundakı Karl Marks adına və Vinoqradnoye kəndləri arasında neft sızması baş verib. Nəticədə qanunsuz olaraq kəmərdə açılan oyuq nəticəsində torpağa 5 kubmetrə yaxın yanacaq tökülüb, çirklənmə sahəsi təxminən 30-35 kvadrat metr təşkil edir", - o deyib.

"Transneft" üç saat ərzində Bakı-Novorossiysk boru kəməri ilə neft nəqlinin bərpa ediləcəyinə ümid edir.

Noyabrda ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Rusiyanın Novorossiysk limanından ümumi həcmi 210 min ton iki neft partiyası satıb.

ARDNŞ Novorossiysk vasitəsilə öz yataqlarından, eləcə də ölkənin quru yataqlarında işləyən birgə müəssisələrin və əməliyyat şirkətlərinin hasil etdiyi neftin nəqlini həyata keçirir.

Ötən il ARDNŞ Bakı-Novorossiysk boru kəməri ilə 2009-cu ildəki 2,5 milyon tona qarşı 2,24 milyon ton neft nəql edib.

2008-ci ildə ARDNŞ Bakı-Novorossiysk boru kəməri ilə 1,2 milyon ton neft ixrac edib. 2007-ci ildə bu marşrut üzrə 1,2 milyon tona yaxın neft ixrac olunub.

Bakı-Novorossiysk kəmərinin operatoru 2007-ci ilin sonunadək ABƏŞ olub. O, sonradan bu funksiyanı ARDNŞ-yə verib.

Xəbər lenti

Xəbər lenti