...

ARDNŞ dərin dəniz özüllərində xilasedici qayıqları yeniləri ilə əvəz edir

Energetika Materials 14 Noyabr 2011 18:03 (UTC +04:00)
ARDNŞ "Günəşli" yatağındakı dərin dəniz özüllərində baş verə biləcək qəza və yanğın zamanı neftçilərin təxliyyə edilməsi üçün nəzərdə tutulmuş istifadədə olan "AT-30" və "AT-42" tipli xilasedici qayıqları müasir tələblərə cavab verən yeniləri ilə əvəz edir.
ARDNŞ dərin dəniz özüllərində xilasedici qayıqları yeniləri ilə əvəz edir

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir E.İsmayılov/

ARDNŞ "Günəşli" yatağındakı dərin dəniz özüllərində baş verə biləcək qəza və yanğın zamanı neftçilərin təxliyyə edilməsi üçün nəzərdə tutulmuş istifadədə olan "AT-30" və "AT-42" tipli xilasedici qayıqları müasir tələblərə cavab verən yeniləri ilə əvəz edir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi ARDNŞ-nin yaydığı məlumatda deyilir.

Bu məqsədlə 2011-ci il ərzində 46 ədəd Koreya istehsalı olan "NPT58F" tipli 42 yerlik yeni xilasedici qayıq alınıb. Onlardan 10 ədədi artıq 3, 5, 8, 9, 10, 11, 13, 15 və 19 saylı özüllərdə quraşdırılıb.

Hazırda 6, 13, 15 və 19 saylı özüllərdə 6 ədəd xilasedici qayığın quraşdırılması işləri davam etdirilir. Alınmış digər qayıqların quraşdırılaraq istismara verilməsi üçün müvafiq tədbirlər görülür.

Xəbər lenti

Xəbər lenti