...

ARDNŞ martda iki iri dəniz obyektində tədqiqat aparacaq

Energetika Materials 10 Yanvar 2012 15:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir E.İsmayılov/

Xəzərin Azərbaycan sektorundakı "Ümid" yatağında və "Babək" perspektiv strukturunda üçölçülü geofiziki tədqiqatlara martda başlanacaq. Bu barədə Trend-ə çərşənbə axşamı neft-qaz bazarındakı mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, hazırda ARDNŞ ilə (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və tədqiqatı aparacaq "Caspian Geophysical" şirkəti arasında müqavilənin imzalanması çərçivəsində danışıqlar aparılır.

"İndi tərəflər arasında danışıqlar aparılır. İşlərə artıq martda, Novruz bayramına (20-21 mart) yaxın başlana bilər", - mənbə deyib.

ARDNŞ mütəxəssislərinin qiymətləndirmələrinə görə, yataqda ehtiyatların həcmi 200 milyard kubmetr qaz və 40 milyon ton qaz-kondensat təşkil edir.

Xəzərin Azərbaycan sektorundakı "Ümid" yatağı Bakının 75 kilometrliyində, qurudan 40 kilometr uzaqda yerləşir. Burada 1953-cü ildə ilk dəfə geofiziki işlər aparılıb. Bu işlər 1972-ci ildə daha təkmilləşdirilmiş şəkildə yenidən həyata keçirilib. Daha sonralar, 1977-ci ildən 1992-ci ilədək 9 quyu qazılsa da, onlardan heç biri nəticə verməyib.

"Babək" perspektiv strukturu "Ümid" yatağının yaxınlığında yerləşir. ARDNŞ dəfələrlə bu strukturda müstəqil şəkildə işlərin görülməsinə hazırlaşdığını bəyan edib.

"Babək" strukturunun ehtiyatları 400 milyard kubmetr qaz və 80 milyon ton kondensat həcmində qiymətləndirilir. Lakin ehtiyatların dəqiq həcmi kəşfiyyat qazmasından sonra müəyyən olunacaq.

Xəbər lenti

Xəbər lenti