...

Azərbaycanın bir neçə rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq

Energetika Materials 12 Yanvar 2012 16:42 (UTC +04:00)
Zərdab, Ucar və Ağstafa rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.
Azərbaycanın bir neçə rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq

Azərbaycan, Bakı, 12 yanvar /Trend/

Zərdab, Ucar və Ağstafa rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.

Trend-in cümə axşamı ARDNŞ-nin saytına istinadən yaydığı məlumata görə, təmir-bərpa işləri ilə əlaqədar 13 yanvar 2012-ci il tarixdə saat 10:00-dan 18:00-dək "Lək", "Zərdab" və "Köçəsgər" qazpaylayıcı stansiyalarında, həmçinin "Dağkəsəmən" avtomatik qazpaylayıcı stansiyasında qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Zərdab şəhəri daxil olmaqla, rayonun Qaravəlli, Ucar rayonunun Lək kəndlərinə, eləcə də Ağstafa rayonuna təbii qazın verilişində məhdudiyyətlər olacaq.

Xəbər lenti

Xəbər lenti