...

"Azərenerji" Bakını elektrik enerjisi ilə təmin edən iki stansiyanın işini tam bərpa edib

Energetika Materials 14 Fevral 2012 13:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 fevral / Trend müxbir E.İsmayılov/

"Azərenerji" SC "Şimal" DRES və Sumqayıt elektrik stansiyasının işini tam bərpa edib. Bu barədə Trend-ə çərşənbə axşamı SC-dən məlumat verilib.

Məlumatda deyildiyi kimi, bir az əvvəl hava şəraiti və mənfi temperaturla əlaqədar bu iki enerji obyektinin işində fasilələr yaranmışdı, lakin hazırda hər iki elektrik stansiyası normal rejimdə çalışır.

"Hər iki obyekt buxarla işlədiyindən temperaturun aşağı düşməsi nəticəsində suda donma baş verib ki, bu da onların işinə təsir edib. Lakin indi hər iki elektrik stansiyasında işlər tam bərpa edilib və heç bir problem yoxdur", - SC-dən deyiblər.

Xəbər lenti

Xəbər lenti