...

Azərbaycan elektrik enerjisi istehsalını 22 faizdən çox artırıb

Energetika Materials 6 Aprel 2012 14:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir E.İsmayılov/

"Azərenerji" ASC (Azərbaycanda elektrik enerjisinin istehsalı və paylanması) birinci rübdə təqribən 6,5 milyard kilovat-saat elektrik enerjisi istehsal edib. Ötən ilin yanvar-mart aylarında bu göstərici 5,3 milyard kilovat-saat təşkil edib. Trend-in məlumatına görə, bu barədə cümə günü ASC-nin rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

Məlumata əsasən, istehsal edilən elektrik enerjisinin ümumi həcmindən 35,9 milyarddan çoxu istilik elektrik stansiyalarının, təqribən 0,6 milyard kilovat-saat isə su elektrik stansiyalarının payına düşüb.

Bu dövr ərzində Rusiya, Türkiyə və İran ilə elekrik enerjisinin planlı mübadiləsi davam etdirilib.

Xəbər lenti

Xəbər lenti