...

ARDNŞ perspektiv dəniz strukturunda ekoloji monitorinq keçirib

Energetika Materials 2 May 2012 17:59 (UTC +04:00)
2012-ci il aprelin 20-26-da "Kompleks Qazma İşləri" tresti tərəfindən "Qoşadaş" dəniz strukturunda planlaşdırılan kəşfiyyat qazma işlərindən əvvəl ətraf mühitin ilkin vəziyyətinin öyrənilməsi məqsədilə Ekoloji Monitorinq Departamentinin Ekoloji Tədqiqatlar Ekspedisiyası tərəfindən M.Süleymanov mühəndis-geoloji gəmisi vasitəsilə kompleks ekoloji monitorinq işləri aparılıb.
ARDNŞ perspektiv dəniz strukturunda ekoloji monitorinq keçirib

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) neft və qaz yataqlarının kəşfiyyatı və istismarının ətraf mühitin vəziyyətinə mümkün olan dəyişikliklərin, həmçinin Xəzər dənizinin ekosisteminə təbii, texnogen və antropogen təsirlərin öyrənilməsi, baş verən proseslərin vaxtında aşkara çıxarılması, qiymətləndirilməsi, həmin proseslərin inkişafının proqnozlaşdırılması və zərərli təsirinin qarşısının alınması məqsədilə Ekologiya İdarəsi tərəfindən sistemli şəkildə ekoloji monitorinq işləri aparılır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü idarənin yaydığı məlumatda deyilir.

Məlumata əsasən, 2012-ci il aprelin 20-26-da "Kompleks Qazma İşləri" tresti tərəfindən "Qoşadaş" dəniz strukturunda planlaşdırılan kəşfiyyat qazma işlərindən əvvəl ətraf mühitin ilkin vəziyyətinin öyrənilməsi məqsədilə Ekoloji Monitorinq Departamentinin Ekoloji Tədqiqatlar Ekspedisiyası tərəfindən M.Süleymanov mühəndis-geoloji gəmisi vasitəsilə kompleks ekoloji monitorinq işləri aparılıb.

Həyata keçirilən monitorinq zamanı dəniz mühitinə təsir edən müxtəlif fiziki-kimyəvi parametrlər üzrə müvafiq tədqiqat işləri aparılıb və onların kəmiyyət göstəriciləri müəyyənləşdirilib.

Ekoloji monitorinq zamanı seçilmiş stansiyalarda dəniz axınlarının sürəti və istiqaməti təyin edilib, dəniz suyunun bəzi fiziki-kimyəvi parametrləri bilavasitə gəminin laboratoriyasında tədqiq edilib.

Həmçinin kimyəvi və bioloji təhlillərin aparılması məqsədilə texniki tapşırığa əsasən, stansiyalardan mövcud qaydalara uyğun olaraq su, qrunt, zooplankton, bentos, fitoplankton nümunələri götürülüb.

Nümunələr analiz olunması üçün tədqiqat gəmisinin laboratoriyasında konservləşdirilib və Kompleks Tədqiqatlar Laboratoriyasına təhvil verilib.

Xəbər lenti

Xəbər lenti