...

ARDNŞ Ukraynada yeni yanacaqdoldurma kompleksini istismara verib (FOTO)

Energetika Materials 2 İyul 2012 19:15 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Kiyevdə SOCAR brendi altında yeni avtomobil yanacaqdoldurma kompleksini istismara verib.
ARDNŞ Ukraynada yeni yanacaqdoldurma kompleksini istismara verib (FOTO)

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Kiyevdə SOCAR brendi altında yeni avtomobil yanacaqdoldurma kompleksini istismara verib. Bu barədə bazar ertəsi Trend-ə "SOCAR Energy Ukraine" şirkətindən məlumat verilib.

Kompleksin istismara verilmə mərasimi ARDNŞ prezidenti Rövnəq Abdullayevin iştirakı ilə baş tutub. Həmçinin, mərasimdə Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli, ARDNŞ-nin iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov, ARDNŞ-nin Ukraynadakı nümayəndəliyinin rəhbəri Elçin Məmmədov iştirak ediblər.

ARDNŞ-nin yeni kompleksi Xalqlar dostluğu bulvarında yerləşir.

ARDNŞ-nin Ukraynada yanacaqdoldurma kompleksi şəbəkəsi Kiyev, Odessa, Lvov, Nikolayevsk və Rovensk vilayətlərindəki 30 yanacaqdoldurma məntəqəsindən ibarətdir. Onlardan dördü Kiyevdə yerləşir. 2013-cü ilin əvvəlinə şirkət Ukrayna ərazisində şəbəkəsini 100 yanacaqdoldurma məntəqəsinədək artıracaq.

Xəbər lenti

Xəbər lenti