...

Bolqarıstan "Nabucco West"in reallaşdırılmasını TANAP layihəsinin davamı kimi dəstəkləyir

Energetika Materials 28 Noyabr 2012 17:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir A.Tağıyeva/

Bolqarıstan "Nabucco West"in reallaşdırılmasını TANAP (Trans-Anadolu boru kəməri) layihəsinin davamı kimi dəstəkləyir və bunun üçün hər cür səy göstərməyə hazırdır. Trend-in "TRT Haber" telekanalına istinadın yaydığı məlumata görə, bu barədə Bolqarıstan Prezidenti Rosen Plevneliyev Türkiyə Prezidenti Abdullah Güllə Ankarada birgə mətbuat konfransında bəyan edib.

Plevneliyev Avropa ölkələrinin Xəzər dənizindən Avropaya qaz tədarükü layihəsinin tezliklə reallaşdırılması üçün yaxın aylarda mühüm addımlar atacaqlarına ümidvar olduğunu bildirib.

O, habelə TANAP layihəsinin Avropaya qaz tədarükünün şaxələndirilməsində əhəmiyyətini qeyd edib və Türkiyənin Avropanın enerji təhlükəsizliyi məsələsində vacib rol oynadığını bildirib.

Öz növbəsində, Türkiyənin dövlət başçısı Abdullah Gül qeyd edib ki, hər iki ölkənin birgə komissiyaları Xəzər qazının Avropaya tədarükü üzrə layihənin reallaşdırılmasının texniki tərəflərini müzakirə etmək üçün görüşlər keçirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti