...

ARDNŞ Azərbaycanın fond bazarına daxil olur

Energetika Materials 3 Dekabr 2012 13:09 (UTC +04:00)
Gələn il ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) ölkənin qiymətli kağızlar bazarında yerləşdirilməsi üçün 500 milyon manata yaxın məbləğdə korporativ istiqrazların buraxılışını planlaşdırır.
ARDNŞ Azərbaycanın fond bazarına daxil olur

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir E.İsmayılov /

Gələn il ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) ölkənin qiymətli kağızlar bazarında yerləşdirilməsi üçün 500 milyon manata yaxın məbləğdə korporativ istiqrazların buraxılışını planlaşdırır. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, ölkə daxilində istiqrazların buraxılışı üzrə planlar avroistiqrazların yerləşdirilməsindən yaxşı nəticələrin əldə olunmasından sonra yaranlb.

"Şirkət Azərbaycan iqtisadiyyatının lokomotividir və istiqrazların buraxılışı ölkənin qiymətli kağızlar bazarının canlanması üçün şərait yaradacaq. Hazırda bu layihələr üzərində işlər gedir", - Abdullayev bildirib.

Onun sözlərinə görə, istiqrazların beş illik müddətə buraxılması planlaşdırılır, yerləşdirmədən əldə olunacaq vəsaitin perspektivli strukturların, o cümlədən "Ümid" qaz kondensat yatağının inkişafına yönəldilməsi planlaşdırılır.

ARDNŞ-nin buraxmağı planlaşdırdığı korporativ istiqrazları hər kəz, o cümlədən ölkə vətəndaşları əldə edə bilərlər. "Mən istyərdim ki, bizim adi vətəndaşlarımız da bu istiqrazları alsınlar", - Abdullayev qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti