...

"Şimal" stansiyası 1,7 milyard kVt/s-dan çox elektrik enerjisi istehsal edib

Energetika Materials 24 Dekabr 2012 18:37 (UTC +04:00)
"Şimal" elektrik stansiyası yanvar-noyabr aylarında 1,7 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal edib. Bu barədə Trend-ə "Azərenerji" ASC-dən məlumat verilib.
"Şimal" stansiyası 1,7 milyard kVt/s-dan çox elektrik enerjisi istehsal edib

Azərbaycan, Bakı, 24 dekabr /Trend, müxbir E.İsmayılov/

"Şimal" elektrik stansiyası yanvar-noyabr aylarında 1,7 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal edib. Bu barədə Trend-ə "Azərenerji" ASC-dən məlumat verilib.

Məlumata görə, stansiya noyabrda 130,1 milyon kilovat-saat elektrik enerjisi istehsal edib.

Bu elektrik stansiyasında Yaponiyanın "Toyo Engineering" firması ilə imzalanmış müqavilə əsasında ikinci 409 meqavatlıq enerji blokunun tikilməsi üzrə işlərə başlanılıb.

İkinci enerji blokunun inşası ilə əlaqədar olaraq, yeni 220 kV-lik elektrik verilişi xətləri, yarımstansiyaların tikinti işləri də aparılacaq. Nəticədə Abşeron yarımadasının, bütövlükdə enerji sisteminin elektrik enerjisi ilə təminatının dayanıqlığı daha da möhkəmləndiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti