...

Azərbaycanda iri enerji obyektinin tikintisi başa çatır

Energetika Materials 7 Yanvar 2013 14:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir E. İsmayılov/

Yaxın vaxtlarda Azərbaycanda yeni "Cənub" elektrik stansiyası istismara veriləcək. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Azərenerji" SC-nin yaydığı məlumatda deyilir.

"Hazırda tikinti-qurma işləri aparılır. Stansiyanın buraxılışı yaxın vaxtlarda baş tutacaq. Bu enerji obyektini istismara verdikdən sonra ümimilikdə enerji sisteminin potensialı artacaq", - məlumatda qeyd edilir.

Stansiyanın gücü 780 meqavatt təşkil edəcək. O, üç yanacaq növündə (qaz, dizel və mazut) işləyəcək. Bu baxımdan qeyd edilən elektrik stansiyası unikaldır və Şərqi Avropa, həmçinin MDB ölkələrində analoqu yoxdur.

Yeni enerji obyektinin isismara verilməsi Abşeron yarımadası və respublikanın cənub rayonlarının enerji təhlükəsizliyini artırmağa imkan verəcək, habelə enerjiötürücü və paylayıcı sistemlərin iş qabiliyyətini yaxşılaşdıracaq.

Məlumatda həmçinin deyilir k, "Şimal" elektrik stansiyasının gücü 409 meqavatt olan ikinci enerji blokunun tikintisi çərçivəsində bütün zəruri avadanlıq respublikaya çatdırılıb. Xüsusən, hazırda bünövrənin tökülməsi üzrə işlər başa çatır və su kanalının tikintisi aparılır.

Stansiyanın tikintisi üzrə işlər Yaponiyanın "Toyo Engineering" şirkəti ilə bağlanan müqavilə əsasında aparılır. Tikinti işləri 2011-ci ildə başlayıb.

"Mövcud layihənin reallaşdırılması nəticəsində Bakı şəhərinin, qəsəbələrin və Abşeron yarımadasının enerji təminatı yaxşılaşacaq", - məlumatda qeyd edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti