...

Türkiyə özəlləşdirmədən rekord sayda sövdələşmələr gözləyir

Energetika Materials 17 Yanvar 2013 12:06 (UTC +04:00)
2013-cü ildə Türkiyədə dövlət müəssisələrinin özəlləşdirilməsindən rekord sayda sövdələşmələr gözlənilir.
Türkiyə özəlləşdirmədən rekord sayda sövdələşmələr gözləyir

Azərbaycan, Bakı, 17 yanvar / Trend, müxbir A.Tağıyeva /

2013-cü ildə Türkiyədə dövlət müəssisələrinin özəlləşdirilməsindən rekord sayda sövdələşmələr gözlənilir. Trend-in məlumatına görə, bu barədə ölkənin maliyyə naziri Mehmet Şimşək "Sabah" qəzetinə müsahibəsində deyib.

Nazirin sözlərinə görə, bu il dövlətsizləşdirmədən gəlirlər ötən il özəlləşdirmə prosesindən daxil olmaları 30 faiz üstələyə bilər.

"Cari ildə dövlət mülkiyyətinin özəlləşdirilməsi çərçivəsində nisbətən daha çox sayda sövdələşmələr energetika sahəsinin payına düşəcək, o cümlədən elektrik enerjisi sahəsində özəlləşdirmə prioritet olacaq", - Şimşək deyib.

O qeyd edib ki, elektrik enerjisinin paylanması sahəsində özəlləşdirmə üzrə sövdələşmələr hesabına elektrik enerjisinin oğurlanması və itkisi hallarından qaçmaq mümkün olacaq, çünki özəl sektor belə itkilər üzərində nəzarəti gücləndirməyə qadirdir. Bundan əlavə, 2013-cü ildə SES və İES-in bəzi istehsal gücləri özəlləşdirməyə çıxarılacaq.

Habelə, Şimşəyin sözlərinə görə, cari ildə bəzi körpülər və yollar, eləcə də kommunikasiya sistemləri özəlləşdirməyə çıxarılacaq.

Nazir bildirib ki, özəlləşdirmə Türkiyədə xəzinənin doldurulmasına kömək edəcək və ölkənin maraqlarına xidmət edəcək.

Bundan əvvəl xəbər verilmişdi ki, 2012-ci ildə Türkiyə enerji sektorunda özəlləşdirmədən 9,5 milyard dollar vəsait əldə edib.
Ümumilikdə, 2012-ci ildə Türkiyədə energetika sahəsində 45 özəlləşdirmə əməliyyatı aparılıb. Özəlləşdirmələrin 70 faizi elektrik enerjisi sahəsində aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti