...

Bakı qəsəbələrindən birinə təbii qazın verilişi məhdudlaşdırılıb

Energetika Materials 29 Yanvar 2013 15:22 (UTC +04:00)
Təmir işləri ilə əlaqədar yanvarın 29-da saat 10:00-dan 17:00-dək Bakının Xəzər rayonunun Türkan qəsəbəsinə gedən qaz kəmərində təbii qaz təchizatı dayandırılıb.
Bakı qəsəbələrindən birinə təbii qazın verilişi məhdudlaşdırılıb

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir E.İsmayılov/

Təmir işləri ilə əlaqədar yanvarın 29-da saat 10:00-dan 17:00-dək Bakının Xəzər rayonunun Türkan qəsəbəsinə gedən qaz kəmərində təbii qaz təchizatı dayandırılıb. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-in "Azəriqaz" İB-nin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Təmir işləri müddətində "Türkan-1" və "Türkan-2" Qazpaylayıcı Stansiyalarından Xəzər rayonunun Türkan qəsəbəsinə təbii qazın verilməsində fasilələr yaranıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti