...

Gürcüstan hökuməti Azərbaycanın “Şahdəniz” konsorsiumu ilə Avropaya qaz nəqli üçün boru kəmərinin genişləndirilməsi üzrə razılıq əldə edib (ƏLAVƏ OLUNUB)

Energetika Materials 3 İyul 2013 11:28 (UTC +04:00)
Gürcüstan hökuməti "Şahdəniz" konsorsiumu ilə Avropaya Gürcüstan vasitəsilə qazın nəql olunması üçün qaz kəmərinin genişləndirilməsi məsələsi üzrə razılığa nail olub.
Gürcüstan hökuməti Azərbaycanın “Şahdəniz” konsorsiumu ilə Avropaya qaz nəqli üçün boru kəmərinin genişləndirilməsi üzrə razılıq əldə edib (ƏLAVƏ OLUNUB)

Gürcüstan, Tbilisi, 3 iyul /Trend, müxbir N.Kirtsxaliya/

Gürcüstan hökuməti "Şahdəniz" konsorsiumu ilə Avropaya Gürcüstan vasitəsilə qazın nəql olunması üçün qaz kəmərinin genişləndirilməsi məsələsi üzrə razılığa nail olub. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Gürcüstanın Baş naziri Bidzina İvanaşvili mətbuat konfransında jurnalistlərə açıqlamasında bildirib.

Baş nazirin sözlərinə görə, Gürcüstan ərazisində görüləcək işlərə 2 milyard dollar xərclənəcək, Azərbaycandan əldə olunan ucuz qazın həcmi isə 3 dəfəyə qədər atrılacaq. Tikinti işləri çərçivəsində xeyli sayda yeni iş yerləri açılacaq.

Azərbaycan qazının Avropaya nəqli üçün həm yeni infrastrukturun tikintisi, həm də mövcud olan Cənubi Qafqaz qaz boru kəmərinin (Bakı-Tbilisi-Ərzurum) genişləndirilməsi planlaşdırılır. Ehtimal olunur ki, onun keçirmə qabiliyyətinin əlavə olaraq daha 16 milyard kubmetr qaz nəqli üçün artırılması məqsədilə Azərbaycan ərazisində paralel qaz kəməri tikiləcək, Gürcüstan ərazisində isə nasos stansiyalarının gücü artırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti