...

Bakıda "Neft sənayesində ətraf mühit məsələlərinə dünyəvi baxış" mövzusunda beynəlxalq konfrans keçiriləcək

Energetika Materials 25 İyul 2013 14:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyul /Trend/

4-5 noyabr tarixində "Four Seasons" mehmanxanasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) dəstəyi ilə "Neft sənayesində ətraf mühit məsələlərinə dünyəvi baxış" mövzusunda beynəlxalq konfrans keçiriləcək. Bu tədbir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunub.

Konfransa təşkilati dəstək IDEA ("Ətraf mühit naminə beynəlxalq dialoq") təşkilatı və "Iteca Caspian" MMC tərəfindən təmin olunur.

Konfransda 200 nəfərdən çox nümayəndənin iştirakı gözlənilir və onlar arasında müxtəlif ölkələrin hökumət təşkilatları və neft-qaz şirkətlərinin nümayəndələri, habelə ekologiya sahəsində fəaliyyət göstərən alimlər və aparıcı mütəxəssislər də var.

Konfransın məqsədi ekologiya sahəsində mövcud olan məsələlərin təhlili ilə yanaşı, həmin məsələlərin beynəlxalq əməkdaşlıq çərçivəsində həll olunmasına dair aktual təkliflərin işlənib hazırlanmasıdır. Konfrans çərçivəsində neft-qaz sənayesinin inkişafı və atmosfer emissiyaları, dənizdə neft-qaz hasilatı üzrə əməliyyatların su hövzələrinə təsiri, neft və neft məhsulları ilə çirklənmiş torpaqların bərpası və idarə olunması, neft sənayesi tullantılarının idarə olunması üzrə innovativ yanaşma tərzi, alternativ energetika və neft-qaz əməliyyatlarında enerjidən istifadənin səmərəsi və s. bu kimi mövzulara toxunulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti