...

Boru kəmərinin partlaması nəticəsində İraqdan Türkiyəyə neftin nəqli dayanıb

Energetika Materials 22 Avqust 2013 15:36 (UTC +04:00)
Ötən gecə İraqdan Türkiyəyə neftin nəql edildiyi Kərkük-Yumurtalıq neft kəmərində güclü partlayış baş verib.
Boru kəmərinin partlaması nəticəsində İraqdan Türkiyəyə neftin nəqli dayanıb

Azərbaycan, Bakı, 22 avqust /Trend, müxbir A.Tağıyeva/

Ötən gecə İraqdan Türkiyəyə neftin nəql edildiyi Kərkük-Yumurtalıq neft kəmərində güclü partlayış baş verib. Trend-in məlumatına görə, bu barədə "Hürriyet" qəzeti yazır.

Qəzetin məlumatına görə, partlayış neft kəmərinin İraqa məxsus hissəsində baş verib. Partlayış nəticəsində nəticəsində İraqdan Türkiyəyə neftin nəqli dayandırılıb.

Qəzet yazır ki, son iki ay ərzində bu neft kəmərində baş verən və neft kəmərinin istismarı tarixində ən güclü olan 37-ci partlayış hadisəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti