...

ARDNŞ Ceyhan limanından 13,5 milyon tona yaxın xam neft ixrac edib

Energetika Materials 2 Sentyabr 2013 23:52 (UTC +04:00)
ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2013-cü ilin avqust ayında Novorossiysk limanından 169 706 ton, Supsa limanından 315 388 ton, Çeyhan limanından isə 1 637 874 ton xam neft ixrac edib.
ARDNŞ Ceyhan limanından 13,5 milyon tona yaxın xam neft ixrac edib

Azərbaycan, Bakı, 2 sentyabr /Trend/

ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2013-cü ilin avqust ayında Novorossiysk limanından 169 706 ton, Supsa limanından 315 388 ton, Çeyhan limanından isə 1 637 874 ton xam neft ixrac edib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, ümümilikdə yanvar-avqust ayları ərzində Novorossiysk limanından 1 164 695 ton, Supsa limanından 1 837 758 ton, Ceyhan limanından isə 13 479 159 ton xam neft ixrac edilib.

Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-yə məxsus xam neft həcmlərini əks etdirir.

Qeyd edək ki, avqust ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 111,25 dollara, Urals nefti -110,74 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 113,54 dollara satılıb.

İdarə 2013-cü ilin avqust ayında 608 ton avtomobil benzini, 62 741 ton dizel yanacağı, 3 692 ton təyyarə yanacağı ixrac ediv. Ümumilikdə 2013-cü ilin yanvar-avqust ayları ərzində 13 829 ton avtomobil benzini, 633 097 ton dizel yanacağı, 91 130 ton təyyarə yanacağı ixrac edilib.

2013-cü ilin avqust ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 1016,26 dollar, təyyarə yanacağının - 979,61 dollar, dizel yanacağının - 925,19 dollar, 1 faizli kükürdlü mazutun isə 612,06 dollar təşkil edib.

Xəbər lenti

Xəbər lenti