Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir R. Hafizoğlu/
Türkiyədə elektrik enerjisinin bölüşdürülməsi prosesi tamamilə özəl sektora təhvil verilib. Trend-in çərşənbə axşamı "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin maliyyə naziri Mehmet Şimşek bəyan edib.
Onun sözlərinə görə, Türkiyədə elektrik enerjisinin bölüşdürülməsinin təhvil verilməsi prosesi müxtəlif tenderlərin keçirilməsi ilə başlayıb: "Və bu proses artıq 10 ildir ki, davam edir".
Bu ilin iyulunadək Türkiyədə dövlət obyektlərinin özəlləşdirilməsi üzrə 87 layihə həyata keçirilib.