...

ARDNŞ Gürcüstanın yeni Baş nazirinin dəstəyinə ümid edir

Energetika Materials 4 Noyabr 2013 13:28 (UTC +04:00)
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Gürcüstanın yeni Baş nazirinin dəstəyinin davam edəcəyinə ümid edir.
ARDNŞ Gürcüstanın yeni Baş nazirinin dəstəyinə ümid edir

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir E.İsmayılov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Gürcüstanın yeni Baş nazirinin dəstəyinin davam edəcəyinə ümid edir. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Dövlət Neft Şirkətinin rəhbəri Rövnəq Abdullayev bildirib.

Gürcüstanın Baş naziri Bidzina İvanişvili noyabrın 2-də ölkənin xarici işlər naziri İrakli Qaribaşvilini özünün varisi kimi parlament çoxluğuna və jurnalistlərə təqdim edib.

R.Abdullayevin sözlərinə görə, ARDNŞ-nin yeni Baş nazirlə əməkdaşlığı daha əvvəl yaranıb və şirkətin rəhbəri əməkdaşlığın davam etdirilməsində problem görmür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti