...

"Darvin bankası" yatağında yeni quyu istismara verilib

Energetika Materials 17 Fevral 2014 16:08 (UTC +04:00)
“Darvin bankası” yatağındakı 720 nömrəli meydançadan 832 nömrəli quyu qazmadan sonra istismara verilib.
"Darvin bankası" yatağında yeni quyu istismara verilib

Azərbaycan, Bakı, 17 fevral /Trend/

"Darvin bankası" yatağındakı 720 nömrəli meydançadan 832 nömrəli quyu qazmadan sonra istismara verilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Altı Lay Dəstəsinə qazılan quyu 1369-1363 metr intervaldan sutkalıq 5 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, quyu "Abşeronneft" NQÇİ-nin sifarişi ilə qazılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti