...

"Cənub" İES 1 milyard kVt/s-dən çox elektrik enerjisi istehsal edib

Energetika Materials 30 Aprel 2014 16:54 (UTC +04:00)
2014-cü ilin I rübündə "Cənub" İstilik Elektrik Stansiyası (İES) 1,21 milyard kilovat-saat elektrik enerjisi istehsal edib.
"Cənub" İES 1 milyard kVt/s-dən çox elektrik enerjisi istehsal edib

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir E.İsmayılov/

2014-cü ilin I rübündə "Cənub" İstilik Elektrik Stansiyası (İES) 1,21 milyard kilovat-saat elektrik enerjisi istehsal edib. Bu barədə Trend "Azərenerji" ASC-yə istinadən məlumat verir.

İES mart ayında 434,3 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edib.

Qeyd edək ki, 2013-cü il iyulun əvvəlində istismara verilmiş "Cənub" İES Abşeron yarımadası və ölkənin cənub bölgəsinin enerji təhlükəsizliyinin möhkəmləndirilməsində vacib rol oynayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti