...

ARDNŞ Kiyevdə və Odessada yaxt və katerlər üçün yanacaqdoldurma mövsümünü açıb

Energetika Materials 20 May 2014 17:10 (UTC +04:00)
SOCAR Kiyevdə və Odessada yaxt, kater və qayıqlara yanacaq doldurulması mövsümünə başlayıb.
ARDNŞ Kiyevdə və Odessada yaxt və katerlər üçün yanacaqdoldurma mövsümünü açıb

Azərbaycan, Bakı, 20 may /Trend/

SOCAR Kiyevdə və Odessada yaxt, kater və qayıqlara yanacaq doldurulması mövsümünə başlayıb.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, Şirkət Dnepr çayındakı Kiyev yanacaqdoldurma məntəqəsinin (YDM) yerini dəyişərək, onu müştərilərə daha da yaxınlaşdırıb. Əvvəllər "Kiyev gəmi təmiri zavodu"nun akvatoriyasında yerləşən bu YDM indi "Primatel" MMC yaxt-klubunun ərazisində müştərilərinə xidmət edir.

Odessadakı üzən YDM isə əvvəlki kimi "Sovinyon" yaxt-klubunun ərazisində fəaliyyət göstərir. YDM-lərdə yaxt, qayıq, kater və hidrosiklləri tez və təhlükəsiz şəkildə yanacaqla təmin etmək üçün hər cür şərait var.

Bu yanacaqdoldurma məntəqələrində eyni zamanda iki gəmiyə xidmət göstərmək mümkündür. Onlardan birinə "Nano" TM dizel yanacağı, digərinə "Nano" TM A-95 benzini doldurmaq olar. Ödəniş nağd, yaxud bank və ya yanacaq kartları ilə həyata keçirilir. Üzən YDM-lərdə mütləq qaydada ekoloji aptek mövcuddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti