...

Səfir: İsrail Azərbaycanın təbii qaz sahəsindəki təcrübəsini öyrənməkdə maraqlıdır

Energetika Materials 17 İyul 2014 12:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyul /Trend, müxbir Səbinə Əhmədova/

İsrail Azərbaycanın təbii qaz sahəsindəki təcrübəsini öyrənməkdə maraqlıdır. Bunu İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz Trend-ə eksklüziv müsahibəsində bildirib.

Səfir deyib: "Siz bizi neftlə təchiz edən əsas təchizatçılardansınız. Artıq xeyli həcmdə təbii qaz ehtiyatları tapdığımız üçün sizin bu sahədəki təcrübənizi öyrənməkdə çox maraqlıyıq".

Onun sözlərinə görə, İsrail və Azərbaycan arasında enerji sahəsində mükəmməl əməkdaşlıq mövcuddur: "Biz Azərbaycan ilə enerji sahəsində əməkdaşlıq etməkdən çox məmnunuq. Biz artıq yeni mərhələyə qədəm qoyuruq. İsrail artıq təbii qaz ixracatçısı olmağa başlayır. Bu sahədə bizim təcrübəmiz yoxdur. Sizin isə böyük təcrübəniz var".

Diplomat qeyd edib ki, İsrail Azərbaycanın Dövlət Neft Fonduna uyğun özünün milli enerji fondunun yaradılması üzərində işləyir: "Knessetin nümayəndə heyəti Azərbaycanın qazdan əldə olunan gəlirlərinin necə idarə edilməsi, investisiya porfeli, büdcənin və uzunmüddətli layihələrin necə dəstəklənməsini öyrənmək üçün Bakıda olub".

R.Harpazın sözlərinə görə, təbii qaz gəlirləri artıq növbəti iki-üç il ərzində əldə olunmağa başlayacaq: "Bu, həm pisdir, həm də yaxşıdır. Yaxşıdır, çünki bu, ölkə üçün daha çox pul deməkdir. Pisdir, çünki, biz valyutanı bahalaşdıran, lakin ixracata mənfi təsir göstərən "Holland xəstəliyi"nə tutulmaq istəmirik".

Səfir həmçinin vurğulayıb ki, Azərbaycan və İsrail arasında kənd təsərrüfatı, su texnologiyaları, telekommunikasiya və təbii texnologiyalar sahəsində də böyük əməkdaşlıq mövcuddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti