...

Azərbaycan Aralıq dənizində karbohidrogenlərin kəşfiyyatını aparmayacaq

Energetika Materials 4 Noyabr 2014 12:03 (UTC +04:00)
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Aralıq dənizində karbohidrogenlərin kəşfiyyatının aparılması haqqında Türkiyə ilə heç bir razılaşmaya malik deyil.
Azərbaycan Aralıq dənizində karbohidrogenlərin kəşfiyyatını aparmayacaq

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir Emil İsmayılov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Aralıq dənizində karbohidrogenlərin kəşfiyyatının aparılması haqqında Türkiyə ilə heç bir razılaşmaya malik deyil. Bu barədə çərşənbə axşamı Trend-ə ARDNŞ-dən bildirilib.

Bundan əvvəl Yunanıstanın kütləvi informasiya vasitələri Azərbaycanın Türkiyə ilə birlikdə Kipr sahillərində karbohidrogenlərin kəşfiyyatını apardığı barədə yazmışdı.

ARDNŞ nümayəndəsinin sözlərinə görə, bu gün ümumiyyətlə karbohidrogenlərin birgə kəşfiyyatı haqqında məsələyə baxılmır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti