...

"Cənub Qaz Dəhlizi" kapitalını üçqat artırıb

Energetika Materials 3 Fevral 2015 19:51 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Cənub Qaz Dəhlizi" QSC-nin 300 milyon dollar dəyərində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb.
"Cənub Qaz Dəhlizi" kapitalını üçqat artırıb

Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir Azad Həsənli/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Cənub Qaz Dəhlizi" QSC-nin 300 milyon dollar dəyərində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb.

Trend-in QKDK-ya istinadən verdiyi məlumata görə, emissiya çərçivəsində hər birinin nominal dəyəri 3 milyon dollar olan 100 səhm buraxılıb.

Səhmlər hər birinin nominal dəyəri 1 milyon dollar olan 100 ədəd adi, adlı, sənədsiz səhmə konvertasiya yolu ilə yerləşdiriləcək.

Qeyd edək ki, "Cənub Qaz Dəhlizi" layihəsi Avropaya karbohidrogenlərin tədarükü mənbələrini şaxələndirməyə və enerji təhlükəsizliyini artırmağa, Azərbaycana isə Avropanın qismində yeni bazar əldə etməyə imkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti