...

Azərbaycanda böyük enerji obyekti istismara veriləcək

Energetika Materials 28 May 2015 22:20 (UTC +04:00)
"Azərenerji" ASC 2015-ci ilin ikinci yarısında Abşeron yarımadasının enerji təchizatı üçün mühüm böyük əhəmiyyətə malik "Şimal" elektrik stansiyasında ikinci qaz-buxar qurğusunu istismara verməyi planlaşdırır.
Azərbaycanda böyük enerji obyekti istismara veriləcək

Azərbaycan, Bakı, 28 may /Trend, müxbir Maksim Tsurkov/

"Azərenerji" ASC 2015-ci ilin ikinci yarısında Abşeron yarımadasının enerji təchizatı üçün mühüm əhəmiyyətə malik olan "Şimal" elektrik stansiyasında ikinci qaz-buxar qurğusunu istismara verməyi planlaşdırır. Bunu Trend-ə "Azərenerji" ASC-dən deyiblər.

Cəmiyyətdən bildiriblər ki, qurğunun quraşdırılması üzrə işlər qrafikə uyğun aparılır: "Müəyyən yubanmalar ola bilər, lakin ilin ikinci yarısında qurğu istismara veriləcək".

Qeyd edək ki, "Şimal" elektrik stansiyasında ikinci qaz-buxar qurğusunun gücü 409 meqavat təşkil edəcək. Hazırda stansiyada gücü 400 meqavat olan bir qaz-buxar qurğusu var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti