...

Ukraynadakı münaqişəyə görə "Cənub Qaz Dəhlizi" layihəsinin önəmi artır

Energetika Materials 19 İyul 2015 14:10 (UTC +04:00)
Ukraynadakı münaqişə və qaz sahəsində Moskva və Kiyevin qarşılıqlı münasibətləri səbəbindən "Cənub Qaz Dəhlizi" layihəsinin önəmi gündən-günə artır.
Ukraynadakı münaqişəyə görə "Cənub Qaz Dəhlizi" layihəsinin önəmi artır

Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir Yelena Kosolapova/

Ukraynadakı münaqişə və qaz sahəsində Moskva və Kiyevin qarşılıqlı münasibətləri səbəbindən "Cənub Qaz Dəhlizi" layihəsinin önəmi gündən-günə artır. Bunu Trend-ə Gürcüstanın Avropa və avroatlantik strukturlara inteqrasiya məsələləri üzrə dövlət naziri David Bakradze deyib.

Onun sözlərinə görə, son 1 il ərzində prezidentlər və nazirlər səviyyəsində Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlığın yaxşı təcrübəsi var: "Bu strateji tərəfdaşlıq artıq formalaşmış, regionumuzun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə istiqamətlənmiş layihəyə yönəlib".

Gürcüstan bu layihəyə təkcə tranzit baxımından deyil, həm də Avropanın enerji təhlükəsizliyinə töhfə verən ölkə kimi maraq göstərir.

Nazir bildirib ki, hazırda enerji təhlükəsizliyi Avropa üçün əsas məsələlərdən biridir: "Belə ki, enerji tədarüklərinin manipulyasiya edilməsi Rusiyanın vizit kartına, son vaxtlar bu sahədə manipulyasiya isə artıq siyasətə çevrilib. Buna görə də şaxələndirmə, Avropa üçün Xəzər resurslarının əldə edilməsi çox vacibdir".

D.Bakradze qeyd edib: "Hazırda "Silk Road" forumu, Çin və Avropanı briləşdirə bilən İpək yolunun bərpa edilməsi üzərində işlədiyimizdən Gürcüstanda tikilən bütün infrastruktur çox vacibdir. Bu, Bakı-Tbilisi-Qars dəmiryolu və Qara dənizdə Anakliyada inşa edilən limandır, bütün bunlar yeni İpək yolunun reallaşdırılmasına kömək edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti