...

BP I yarımildə 16 milyon ton “Azeri Light” hasil edib

Energetika Materials 10 Avqust 2015 17:25 (UTC +04:00)
2015-ci ilin birinci yarımilində Britaniyanın BP şirkəti və tərəfdaşları Azərbaycanın neft-qaz yatağı “Azər-Çıraq-Günəşli”də (AÇG) 16 milyon ton (116 milyon barel) neft hasil edib ki, bu da ötən ilin analoji göstəricisi ilə eynidir.
BP I yarımildə 16 milyon ton “Azeri Light” hasil edib

Azərbaycan, Bakı, 10 avqust /Trend, müxbir Azad Həsənli/

2015-ci ilin birinci yarımilində Britaniyanın BP şirkəti və tərəfdaşları Azərbaycanın neft-qaz yatağı "Azər-Çıraq-Günəşli"də (AÇG) 16 milyon ton (116 milyon barel) neft hasil edib ki, bu da ötən ilin analoji göstəricisi ilə eynidir.

Trend xəbər verir ki, bu barədə BP şirkətinin 2015-ci il yanvar-iyun aylarında Azərbaycandakı fəaliyyətinin nəticələrinə həsr olunmuş hesabatında deyilir.

Məlumatda bildirilir ki, göstərilən dövrdə AÇG yatağında gündəlik orta hasilat 641 min barel təşkil edib.

2014-cü ildə BP şirkəti AÇG yatağında 31,5 milyon ton (233 milyon barel) neft hasil edib ki, 2013-cü ildə bu göstərici 32,2 milyon ton (239 milyon barel) neft idi.

Bu ilin ilk yarımilində layihə çərçivəsində əməliyyat məsrəfləri 359 milyon dollar, əsaslı məsrəflər isə 949 milyon dollar təşkil edib.

Proqnozlara əsasən, 2015-ci ildə layihə çərçivəsində əsaslı məsrəflərin həcmi 1,99 milyard dollar, əməliyyat məsrəfləri isə 978,7 milyon dollar təşkil edəcək.

AÇG blokunun işlənməsi üzrə müqavilə 1994-cü ildə imzalanıb. Yatağın neft ehtiyatları təqribən 1 milyard ton təşkil edir.

Müqavilədə pay iştirakı aşağıdakı kimidir: BP (AÇG-nin operatoru) - 35,78 faiz, "Chevron" - 11,27 faiz, "Inpex" - 10,96 faiz, "AzACG" - 11,65 faiz, "Statoil" - 8,56 faiz, "Exxon" - 8 faiz, "TPAO" - 6,75 faiz, "Itocu" - 4,3 faiz və "ONGC" - 2,72 faiz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti