...

SOCAR ən qədim yataqda estakada yanı meydança inşa edəcək

Energetika Materials 28 Avqust 2015 16:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir Maksim Tsurkov/

SOCAR şirkəti "Neft Daşları" yatağında yeni blok tipli 1646 saylı estakada yanı meydança quraşdıracaq. Trend-in məlumatına əsasən, bu barədə şirkətin saytında yerləşdirilmiş xəbərdə deyilir.

10 istismar quyusunun qazılması üçün nəzərdə tutulan meydança dənizin 14 metr dərinliyində yerləşdiriləcək. Meydançada müasir qazma avadanlığı, 37 nəfərlik yaşayış bloku, qaldırıcı kranlar, korroziyadan mühafizə sistemi, minik və yanalma meydançaları, elektrik enerjisi ilə təchizatın etibarlılığını təmin etmək məqsədilə dizel elektrik generatorları və digər zəruri avadanlıqlar quraşdırılacaq. İnşaat və istismar müddətində meydançada ətraf mühitin mühafizəsi bütün müasir norma və tələblərə uyğun şəkildə təmin ediləcək.

Qeyd edilir ki, estakada yanı meydançanın tikintisinin 2017-ci ildə başa çatdırılması planlaşdırılır. Meydançadan qazılacaq quyuların hər birindən sutkada 10 ton neft hasil ediləcəyi gözlənilir.

"Azneft" İstehsalat Birliyinin "Neft Daşları" Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə "Neftqazelmitədqiqatlayihə" İnstitutunun layihəsi əsasında inşa olunacaq estakadayanı meydançanın baş podratçısı "Neftqaztikinti" Trestidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti