...

Azərbaycanda elektrik stansiyalarında yeni növ generatorlar tətbiq edilir

Energetika Materials 19 Oktyabr 2015 18:07 (UTC +04:00)
Effektliyi yüksək olmaqla yanaşı, tikinti müddətinin də azlığını nəzərə alaraq, postsovet məkanında ilk dəfə generasiya güclərinin paylanmış struktur konsepsiyasını əsas götürərək porşen tipli mühərriklərdən ibarət generatorların tətbiqinə başlanılıb.
Azərbaycanda elektrik stansiyalarında yeni növ generatorlar tətbiq edilir

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir Maksim Tsurkov/

Effektliyi yüksək olmaqla yanaşı, tikinti müddətinin də azlığını nəzərə alaraq, postsovet məkanında ilk dəfə generasiya güclərinin paylanmış struktur konsepsiyasını əsas götürərək porşen tipli mühərriklərdən ibarət generatorların tətbiqinə başlanılıb.

Belə generasiya güclərindən olan "Bakı" elektrik stansiyasında da aqreqatlarda planlı təmir-sazlama işləri texniki xidmət qrafikinə uyğun aparılır. Hazırda aqreqatlar dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir.

Trend-in "Azərenerji" ASC-yə istinadən verdiyi məlumata görə, sözügedən stansiyada cari ilin sentyabr ayında 45 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib. Qeyd edək ki, cari ilin 9 ayı ərzində isə burada 383,9 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilib.

Cari ilin son üç ayı ərzində aqreqatlarda növbəti istismar həddinə uyğun olaraq texniki xidmət işləri yerinə yetirilib. Eyni zamanda sözügedən dövrdə bir aqreqatda əsaslı təmir işləri başa çatdırılıb. İki aqreqatda isə aparılan əsaslı təmir işləri davam etdirilir.

Ümumiyyətlə, istismar səviyyəsinin yüksək həddə saxlanılmasını təmin etmək üçün texniki məsələlərə diqqətlə yanaşılır, vaxtlı-vaxtında texniki baxışlar keçirilir və zəruri operativ tədbirlər görülür. Təmir işləri də stansiyanın təmir briqadası tərəfindən aparılır.

Cari ilin son üç ayında maşın sexində həyata keçirilmiş təmir kampaniyası zamanı avadanlıqlar təftiş edilib, istismar prosesində ortaya çıxan nasazlıqlar aradan qaldırılıb, avadanlıqlarda sıradan çıxmış hissələr yeniləri ilə əvəz edilib. Payız-qış mövsümünə hazırlıq tədbirlərinə uyğun olaraq elektrik sexində də avadanlıqlara texniki baxışlar keçirilib və müxtəlif təyinatlı təmir işləri görülüb. O cümlədən, güc transformatorlarında, eleqaz açarlarında, ayrıcılarda texniki xidmət işləri aparılıb.

12 aqreqatdan ibarət "Bakı" elektrik stansiyasının ümumi gücü 105 MVt təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti