...

"Qərbi Abşeron"nda horizontal quyu istismara verilib

Energetika Materials 26 Oktyabr 2015 17:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 oktyabr /Trend/

Bu günlərdə "Qərbi Abşeron" yatağındakı 20 saylı stasionar dəniz özülündən 22 nömrəli quyu horizontal qazmadan sonra istismara verilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, "Azneft" İstehsalat Birliyinin "Abşeronneft" Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Qirməki Lay Dəstəsinə qazılmış quyu elektrik dalma nasosu üsulu ilə məhsul verib, 829-679 metr intervaldan sutkalıq 20 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, horizontal qazma üsulu müasir texnika və texnologiyalardan istifadə edilməklə, həmçinin süzgəclərin buraxılması hesabına məhsuldarlığı artırır və hasilatın sabit saxlanılmasına zəmin yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti