...

SOCAR dəniz yatağında infrastrukturu modernləşdirir

Energetika Materials 2 Noyabr 2015 16:35 (UTC +04:00)
20 saylı özüldə abadlaşdırma işləri aparılır.
SOCAR dəniz yatağında infrastrukturu modernləşdirir

Azərbaycan, Bakı, 2 noyabr /Trend/

SOCAR-ın "Neftqaztikinti" Tresti "Azneft" İB-nin sifarişi ilə "Qərbi Abşeron" yatağındakı 20 saylı stasionar dəniz özülündə abadlaşdırma işlərini uğurla davam etdirir.

Trend Şirkətin saytına istinadən məlumat verir ki, əldə edilən məhsulun avadanlıqlarla əlaqələndirilməsi və xəttə ötürülməsi məqsədilə həyata keçirilən abadlıq-quruculuq işləri zamanı indiyədək 20 saylı özüllə 57 saylı özül arasında 1000 metrlik boru kəməri çəkilib, bir ədəd qazpaylayıcı batareya quraşdırılıb.

Cari ilin mart ayından başlanılmış işlərin 2016-cı ilin ilin birinci yarısına qədər başa çatdırılması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti