...

Oğuz rayonunun daha bir kəndinə ilk dəfə təbii qaz verilib

Energetika Materials 14 Aprel 2016 09:06 (UTC +04:00)
Ötən gün Oğuz rayonunun Qarabulaq kəndinə ilk dəfə təbii qaz verilib.
Oğuz rayonunun daha bir kəndinə ilk dəfə təbii qaz verilib

Bakı. Trend:

Ötən gün Oğuz rayonunun Qarabulaq kəndinə ilk dəfə təbii qaz verilib. Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 164 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 12717 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti