...

"Cənub qaz dəhlizi" Cənub-şərqi Avropada qaz kəmərləri infrastrukturu yaratmağa imkan verəcək (ƏLAVƏ OLUNUB)

Energetika Materials 2 İyun 2016 10:21 (UTC +04:00)
"Cənub qaz dəhlizi" layihəsinin rezlizəsi Avropada mürəkkəb qaz kəmərləri infrastrukturu yaratmağa imkan verəcək və bir sıra ölkələri azərbaycan qazı ilə təmin edəcək.
"Cənub qaz dəhlizi" Cənub-şərqi Avropada qaz kəmərləri infrastrukturu yaratmağa imkan verəcək  (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 10:21-də yayılıb)

Bakı. Maksim Tsurkov - Trend:

"Cənub qaz dəhlizi" layihəsinin realizəsi Avropada mürəkkəb qaz kəmərləri infrastrukturu yaratmağa imkan verəcək və bir sıra ölkələri Azərbaycan qazı ilə təmin edəcək.

Trend-in məlumatına görə, bunu Azərbaycanın energetika naziri Natiq Əliyev Caspian Oil & Gas-2016 konfransının gedişi zamanı deyib.

Onun sözlərinə görə, layihənin realizəsi Cənub-şərqi Avropada texniki baxımdan mürəkkəb qaz kəmərləri infrastrukturu yaradılmasını nəzərdə tutur.

N. Əliyev qeyd edib ki, İonik-Adriatik boru kəmərinin (IAP) tikintisi planlaşdırılır: "Bu boru kəməri ilə Azərbaycan qazı Monteneqro, Xorvatiya, Bosniya və Herseqovinaya çata biləcək. Bundan başqa buraxılış qabiliyyəti 6 milyard kubmetr qaz olacaq Macarıstan-Rumıniya interkonnektorun tikilməsi planlaşdırılır. Bu interkonnektor "Cənub qaz dəhlizi" sisteminə qoşulacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti