Bakı. Trend:
“Günəşli” yatağındakı 15 saylı dərin dəniz özülündə 431 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.
Trend SOCAR-a istinadən məlumat verir ki, quyu Qirməki Üstü Qumlu Lay Dəstəsindən fontan üsulu ilə məhsul vermiş, 3749-3725 metr intervallarından gündəlik 52 ton neft və 31000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.
Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” NQÇİ tərəfindən həyata keçirilir.