...

"Fitch": "Günəşli" yatağında neft-qaz hasilatı növbəti 2 il ərzində bərpa olunacaq

Energetika Materials 24 Fevral 2017 11:52 (UTC +04:00)
“Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) uzunmüddətli emitent defolt reytinqini “BB+”, qısamüddətli reytinqini “B” səviyyəsində təyin edib
"Fitch": "Günəşli" yatağında neft-qaz hasilatı növbəti 2 il ərzində bərpa olunacaq

Trend-i buradan izləyin

Bakı. Maksim Tsurkov - Trend:

“Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) uzunmüddətli emitent defolt reytinqini “BB+”, qısamüddətli reytinqini “B” səviyyəsində təyin edib.

Bu barədə Trend “Fitch” agentliyinin yeni hesabatına istinadən məlumat verir.

Hesabatda həmçinin qeyd olunur ki, 2016-cı ildə neft və qaz hasilatı 2015-ci illə müqayisədə 8 faiz azalaraq sutkada 248 min barrel neft ekvivalenti təşkil edib:

“Azalma əsasən 2015-ci ilin dekabrında “Günəşli” yatağında baş vermiş yanğınla əlaqədardır. Hesab edirik ki, hasilat 2017 və 2018-ci illər ərzində qismən bərpa olunmağa başlayacaq və SOCAR sutkada 270-280 min barrelədək çatdıra bilər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti