...

"Neft Daşları" yatağında yeni quyu istismara verilib

Energetika Materials 10 Oktyabr 2017 11:13 (UTC +04:00)
“Neft Daşları” yatağında yeni quyu istismara verilib.
"Neft Daşları" yatağında yeni quyu istismara verilib

Bakı. Trend:

“Neft Daşları” yatağında yeni quyu istismara verilib.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, “Azneft” İstehsalat Birliyi hasilatın artırılması məqsədilə quyu fondunun genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Bu günlərdə “Neft Daşları” yatağındakı 620A saylı özüldən 2624 nömrəli quyu qazmadan sonra istismara verilib. Quyu məhsuldar qat çöküntülərinin Qirməki Üstü Qumlu Lay Dəstəsindən qazlift üsulu ilə məhsul verib, 1840-1836 metr intervaldan sutkalıq 11 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyuda istismar işləri “Azneft” İB-nin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti