...

Azərbaycan Gürcüstanın təbii qaz tələbatının təqribən 100 faizini təmin edəcək

Energetika Materials 3 Yanvar 2018 14:23 (UTC +04:00)
Azərbaycan 2018-ci ildə Gürcüstanın təbii qaza olan tələbatının 99,65 faizini təmin edəcək
Azərbaycan Gürcüstanın təbii qaz tələbatının təqribən 100 faizini təmin edəcək

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycan 2018-ci ildə Gürcüstanın təbii qaza olan tələbatının 99,65 faizini təmin edəcək.

Trend-in məlumatına görə, bu barədə Gürcüstan İqtisadi İnkişaf Nazirliyinin 2018-c il üçün təbii qaz balansında qeyd olunub.

Sənədə əsasən 2018-ci ildə Gürcüstanın təbii qaza tələbatı 2,689 milyard kubmetrə bərabər olacaq. Gürcüstan bu rəqəmdən 2,679 milyard kubmetrini Azərbaycandan (1,866 milyard kubmetrini SOCAR-dan və 813 milyon kubmetri “Şahdəniz” yatağından hasilat çərçivəsində) əldə etməyi planlaşdırır.

Qalan hissə (9,41 milyon kubmetr) yerli hasilatın payına düşəcək.

2018-ci ildə Gürcüstana Rusiyadan qaz tədarükü nəzərdə tutulmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti