Bakı. Ənvər Məmmədov - Trend:
Çexiya Azərbaycandan neft ixracının artırılmasında maraqlıdır.
Trend-in məlumatına görə, bunu Çexiyanın sənaye və ticarət naziri Marta Novakova Bakıda keçirilən Azərbaycan-Çexiya biznes forumunda deyib.
Nazirin sözlərinə görə, hazırda Çexiya ölkədə istifadə olunan neftin üçdə birini Azərbaycandan idxal edir.