...

SOCAR: Heydər Əliyev adına BNEZ-də təmir işləri başa çatmaq üzrədir

Energetika Materials 25 Oktyabr 2019 11:54 (UTC +04:00)
Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (BNEZ) aparılan təmir başa çatmaq üzrədir
SOCAR: Heydər Əliyev adına BNEZ-də təmir işləri başa çatmaq üzrədir

Bakı. Eldar Canaşvili - Trend:

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (BNEZ) aparılan təmir başa çatmaq üzrədir.

Trend-in məlumatına görə, bunu BNEZ-də mətbuat turu zamanı SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

O bildirib ki, təmir olunan avadanlıqlar mərhələli şəkildə istismara verilir.

SOCAR zavodda təmir işlərini noyabrın 4-dək başa çatdırmaq niyyətindədir. BNEZ-lə yanaşı, Sumqayıtda “Azərkimya” müəssisəsində də təmir-bərpa işləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti