...

EKVİTA Hüquq Praktikasına iki yeni partnyor təyin edir (FOTO)

Energetika Materials 29 Noyabr 2019 18:28 (UTC +04:00)
Dekabrın 1-dən etibarən Şərəf Əsgərova və Fuad Qəşəmov EKVİTA şirkətinin partnyorları olacaq və şirkətin hüquq praktikasına birgə rəhbərliyi həyata keçirəcəklər.
EKVİTA Hüquq Praktikasına iki yeni partnyor təyin edir (FOTO)

Şərəf Əsgərovanın və Fuad Qəşəmovun 1 dekabrdan etibarən EKVİTA-da Partnyor olacaqlarını məmnunluq hissi ilə bildiririk.

Fuad Qəşəmov

Fuad bəy 2008-ci ildə Qafqaz Universitetindən (indiki Bakı Mühəndislik Universiteti) hüquq üzrə bakalavr dərəcəsini, 2011-ci ildə isə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq Fakültəsindən hüquq üzrə magistr dərəcəsini almışdır.

Fuad bəy EKVİTA-ya 2013-cü ildə qatılmışdır, daha əvvəl isə məşhur bir yerli bankda hüquq məsləhətçisi və yerli konsaltinq şirkətində hüquqşünas olaraq çalışmışdır.

EKVİTA-da Fuad bəy Daşınmaz Əmlak, Əqli Mülkiyyət və Tənzimləmə sektorları ilə bərabər Mübahisələrin Həlli Praktikası Qrupuna rəhbərlik etməyə davam edəcək, onun verdiyi məsləhətlər qanunvericiliyin təhlili və təfsiri ilə bağlı ən mürəkkəb sualları cavablandırmağa istiqamətlənir.

Fuad bəy 2014-cü ilin avqust ayından etibarən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.

Şərəf Əsgərova

Şərəf xanım Bakı Dövlət Universitetindən hüquq üzrə bakalavr və kommersiya hüququ üzrə magistr dərəcələrini almışdır.

Şərəf xanım EKVİTA-ya universitetdən yeni məzun kimi təcrübəçi və hüquqşünas köməkçisi kimi qatılmışdır. O, neft və qaz sektorunda təcrübə qazanmaq üçün qısa müddətə EKVİTA-dan ayrıldı. “Fullbright scholar” kimi ABŞ-ın Tulane Universitetindən hüquq üzrə 2-ci magistr dərəcəsini aldıqdan sonra EKVİTA-ya qayıtmışdır.

Şərəf xanım Korporativ, Əmək / Miqrasiya ilə bərabər EKVİTA-nın Neft / Qaz və İnfrastruktur Praktikasına rəhbərlik edəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti