...

TAP cəlbedici satış bazarlarına çıxışı təmin edəcək - Axpo

Energetika Materials 3 Yanvar 2020 08:00 (UTC +04:00)
Azərbaycan qazının Avropaya nəqlini təmin edəcək Trans-Adriatik boru kəməri (TAP) cəlbedici satış bazarlarına çıxışı təmin edəcək
TAP cəlbedici satış bazarlarına çıxışı təmin edəcək - Axpo

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan qazının Avropaya nəqlini təmin edəcək Trans-Adriatik boru kəməri (TAP) cəlbedici satış bazarlarına çıxışı təmin edəcək.

Bu barədə Trend-ə TAP-ın 5% səhmlərinin sahibi olan İsveçrənin Axpo şirkətindən bildiriblər.

Şirkətdən bildirilib: "TAP Axpo portfelini əhəmiyyətli dərəcədə diversifikasiya edəcək və şirkətin elektrik enerjisinin topdansatış qiymətlərindən asılılığını azaldacaq. TAP həmçinin cəlbedici satış bazarlarına çıxışı təmin edəcək. Axpo-nun layihədəki iştirakından əldə olunan gəlirlə yanaşı, biz uzun müddət ərzində Şahdəniz yatağından da xeyli miqdarda təbii qaz alacağıq və bu qaz bizim ticarət departamentimiz tərəfindən satılacaq".

Xatırladaq ki, dəyəri 4,5 milyard avro təşkil edən TAP “Cənub Qaz Dəhlizi” layihəsinin bir hissəsidir. TAP-ın başlanğıc gücü ildə 10 milyard kubmetr təşkil edəcək və iki dəfə artırılmaq imkanına malik olacaq. TAP-ın tikintisinin 2020-ci ildə başa çatdırılması gözlənilir. Elə həmin il ilk Azərbaycan qazının Avropaya çatdırılması da nəzərdə tutulur. Boru kəmərinin uzunluğu 878 kilometrdir, onun 550 kilometri Yunanıstanın, 215 kilometri Albaniyanın, 105 kilometri Adriatik dənizinin dibindən, 8 kilometri isə İtaliyanın ərazisindən keçəcək.

TAP-ın səhmdarları BP (20%), SOCAR (20%), Snam (20%), Fluxys (19%) Enagaz(16) və Axpo (5%) şirkətləridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti