...

Energetika Nazirliyi vətəndaş qəbulunun keçirilməsini dayandırıb

Energetika Materials 17 Mart 2020 10:24 (UTC +04:00)
Nazirlər Kabinetinin 2020-ci il 16 mart tarixli tapşırığına uyğun olaraq, koronavirus infeksiyasına (COVİD-19) qarşı mübarizə çərçivəsində görülən tədbirlərlə bağlı Energetika Nazirliyində vətəndaş qəbullarının keçirilməsi dayandırılıb.
Energetika Nazirliyi vətəndaş qəbulunun keçirilməsini dayandırıb

Bakı. Trend:

Nazirlər Kabinetinin 2020-ci il 16 mart tarixli tapşırığına uyğun olaraq, koronavirus infeksiyasına (COVİD-19) qarşı mübarizə çərçivəsində görülən tədbirlərlə bağlı Energetika Nazirliyində vətəndaş qəbullarının keçirilməsi dayandırılıb.

Bu barədə Trend-ə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Vətəndaşların müraciətləri nazirliyin (012) 598-16-53/54 (daxili: 1145, 1146) telefon nömrəsi, (012) 598-16-55 “Qaynar Xətti” və “974” Çağrı Mərkəzi vasitəsilə qəbul ediləcək və cavablandırılacaq. Bununla yanaşı, vətəndaşlar nazirliyin minenergy.gov.az internet səhifəsi və [email protected] elektron poçt ünvanı vasitəsilə də müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti