...

SOCAR-ın Türkiyədəki layihəsi ilə bağlı qrant müqaviləsi iyunda imzalanacaq

Energetika Materials 24 May 2021 13:08 (UTC +04:00)
SOCAR-ın Türkiyədəki layihəsi ilə bağlı qrant müqaviləsi iyunda imzalanacaq

Bakı. Trend:

Günəş enerjisi texnologiyalarından istifadə olunmaqla karbon dioksiddən etanol/izopropanol kimi kimyəvi maddələrin istehsalını nəzərdə tutan #NEFERTİTİ layihəsinin 389 min Avroluq büdcəsi Avropa Komissiyasının “Üfüq 2020 Qrant Proqramı” tərəfindən qarşılanacaq.

SOCAR-dan Trend-ə verilən məlumata görə, “Enerji sahəsi 2020” çağırışlarından qrant almaq hüququnu əldə edən konsorsiumda 10 beynəlxalq şirkət fəaliyyət göstərəcək və burda yeganə Azərbaycan şirkəti olaraq #SOCARTürkiyə təmsil olunur.

Maliyyələşdirilmə ilə bağlı qrant müqaviləsi iyunda imzalanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti